Vaxt.Az

Tramp qatilə ölüm hökmü tələb etdi


 

Ukraynalı qadın miqrant cinayəti ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir

Tramp qatilə ölüm hökmü tələb etdi ABŞ Prezidenti Donald Trump, North Carolina ştatında, Ukraynalı miqrant Iryna Zarutskanın tren səfəri zamanı bıçaqlanaraq öldürülməsi ilə bağlı cinayətkarın ölüm cəzasına məhkum edilməli olduğunu bildirib.

Tramp “Truth Social” sosial media platformasında avqustun 22-də Şimali Karolina ştatının Şarlotta şəhərində qatarla səyahət edərkən Dekarlos Braun adlı afroamerikalı bir şəxsin Zarutskanı bıçaqlayaraq öldürdüyünü paylaşaraq fikirlərini açıqlayıb.

Zarutskanın ABŞ-a təhlükəsizlik və sülh axtarışı ilə gəldiyini vurğulayan Tramp bildirib: “Ukraynadan ABŞ-a sülh və təhlükəsizlik axtarışı ilə gəlmiş gözəl, gənc qadını amansızca öldürən bu heyvan (şübhəsiz ki) tez bir zamanda məhkəməyə çıxarılmalı və yalnız ölüm cəzası almalıdır”. Tramp əlavə edib ki, bu cinayətkar üçün başqa bir cəza seçimi yoxdur.

 

Hadisənin təfərrüatı

 

Ukraynada gedən müharibədən qaçaraq ABŞ-a miqrant olaraq gəlmiş Iryna Zarutska, avqustun 22-də Şimali Karolina ştatının Şarlotta şəhərində qatarla səyahət edərkən Dekarlos Braun tərəfindən bıçaqlanaraq öldürülüb.

Daha əvvəl 14 ağır cinayət törətmiş Braun birinci dərəcəli qətl ittihamı ilə məhkəməyə veriləcək.

Zarutskanın öldürülməsi ilə bağlı video görüntülər ABŞ ictimaiyyətinə təqdim olunub və böyük etirazlara səbəb olub. Tramp Zarutskanın ailəsinə başsağlığı verərək, belə cinayətkarların həbsdən buraxılmaması lazım olduğunu bildirib.

 





10.09.2025    çap et  çap et