«10LAR» verilişinə açıqlamasında xalq artisti mahnının hələ aranjiman olunmadığını, hazır olan kimi mahnıya klip çəkdirməyi düşünür. Mustafa Ceceli ilə «Təsadüf» adlı mahnını duet oxuyan Aygün Kazımova klipə görə ondan çox pul istədiklərini söyləyib.
«Mən artıq söküldüm. Məni görəndə elə bilirlər pul gəlir, neft buruqları gəlir. İstədiyim klipi ortaya qoyuram, sonda elə bir qiymət ortaya çıxır ki, şoka düşürəm. Mən artıq pul ödəməkdən soyuldum. Bir azdan əlimi açıb dilənəcəm, deyəcəm ki, incəsənət üçün...»
Xalq artisti son günlər onun haqqında ölüm xəbəri yayanları da «şeytan» adlandıraraq, bu sənətdən getməyəcəyini bildirib. (show.az)