Məlumata əsasən, təhlükəsizliyi təmin etmək məqsədilə həmin ərazidə patrul xidməti aparan əməkdaş, şirləri yemləmək üçün avtomobildən düşüb.
Heyvanat parkının təhlükəsizlik protokollarını nəzərə almadığı deyilən əməkdaş, düşdükdən dərhal sonra təxminən 10 metr məsafədən yaxınlaşan bir şirin arxadan hücumuna məruz qalıb.
Yerdə sürüdülən əməkdaşa qısa müddət sonra yaxınlıqdakı bir neçə şir də qoşulub.
Ziyarətçilərin ən çox olduğu saatlarda baş verən hadisəyə şahid olanlar avtomobillərindən siqnal verərək şirləri uzaqlaşdırmağa çalışıblar.
Təxminən 15 dəqiqə davam edən hücum nəticəsində ağır yaralanan əməkdaş xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Rəsmilər hadisə ilə bağlı istintaqa başlayıblar.