Vaxt.Az

Avtomagistrallardakı kibertəhlükə


 

ABŞ-dan gizli cihaz xəbərdarlığı

Avtomagistrallardakı kibertəhlükə ABŞ Nəqliyyat Nazirliyi avtomagistral infrastrukturunda istifadə olunan günəş enerjili cihazlarla bağlı xəbərdarlıq edib. Bildirilir ki, bu gizli cihazlar Pekin təlimatı ilə uzaqdan işə salına bilər.

ABŞ Nəqliyyat Nazirliyinə bağlı Federal Yol İdarəsi (FHWA), avtomagistral infrastrukturunda istifadə olunan günəş enerjili cihazlarda gizli radiosiqnal cihazları ola biləcəyini açıqlayıb.

“Reuters” agentliyi tərəfindən əldə edilən və keçən ay yayımlanan dörd səhifəlik təhlükəsizlik qeydlərində, batareya idarəetmə sistemləri (BMS) və enerji çevrilmə qurğularında “sənədləşdirilməmiş radiolar” aşkarlanması qeyd olunub.

Rəhbərlik, bu gizli cihazların Pekin təlimatı ilə uzaqdan işə salına biləcəyinə və ya məlumatları xaricə ötürə biləcəyinə diqqət çəkib.

Xüsusilə yol kənarı kameralar, hava stansiyaları, elektron lövhələr, şarj stansiyaları və enerji saxlama obyektlərində istifadə olunan günəş enerjili avadanlıqların risk altında olduğu vurğulanıb.

Vaşinqtondakı Çin Səfirliyi açıqlama verərək, “Çinin enerji infrastrukturundakı uğurlarının təhrif edilməsinə və qaralamasına” qarşı olduqlarını bildirib.

Vaşinqton rəhbərliyi yalnız avtomagistral infrastrukturu ilə kifayətlənməyib, Çin istehsalı avtomobillər barədə də yüksək səviyyədə xəbərdarlıq edib.

ABŞ Ticarət Nazirliyi, yanvar ayında qəbul etdiyi qərara əsasən, 2026-cı ilin sonuna qədər demək olar ki, bütün Çin mənşəli avtomobil və yük maşınlarının ABŞ bazarına girişini qadağan edib.

 





10.09.2025    çap et  çap et