Vaxt.Az

“Sabotaj deyil”


 

Litvanın paytaxtında qaz yüklü qatar vaqonlarında partlayış

“Sabotaj deyil” Rəsmi şəxslərin verdiyi məlumata görə, Litvanın paytaxtı Vilnüsün kənar bölgələrində bu gün səhər güclü partlayışlar eşidilib. Partlayışlar, mayeləşdirilmiş qaz yüklü bir neçə qatar vaqonunun alışmasının ardından baş verib.

Yanğın və xilasetmə xidmətlərinin məlumatına görə, hadisədə bir nəfər yaralanıb. Vilnüsün müxtəlif yerlərində qalın tüstü müşahidə olunub və ərazi sakinlərinə evdə qalmaq tövsiyə edilib.

Daxili İşlər Naziri Vladislavas Kondratoviçius jurnalistlərə açıqlamasında bildirib ki, ilkin məlumata görə, “yanğın böyük ehtimalla iş təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib, lakin bütün mümkün səbəblər araşdırılır”.

Polis yanğına qarışan vaqonların Polşa mənşəli “Orlen” şirkətinə aid olduğunu təsdiqləyib.

“Orlen” şirkəti bildirib ki, vaqonlar Litvanın filialının neft emalı zavodundan Vilnüsün “Baltoji Voke LPG” terminalına mayeləşdirilmiş neft qazı daşıyırmış və yanğından sonra partlayış baş verib.

Şirkət əlavə edib ki, terminal “Orlen”in Litva filialına aid deyil və logistika əməliyyatlarını podratçı həyata keçirir. Hadisənin səbəbini araşdırmaq üçün şirkət səlahiyyətlilərlə əməkdaşlıq edir.

Şirkət həmçinin vurğulayıb ki, “Hazırda hadisənin qəsdən törədildiyinə dair heç bir şübhə yoxdur”.

 





10.09.2025    çap et  çap et