Vaxt.Az

Meksika ABŞ-ın sözünə baxır


 

Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq

Meksika ABŞ-ın sözünə baxır Meksika İqtisadiyyat Naziri Marselo Ebrard bildirib ki, Meksikaya Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə tətbiq olunan gömrük vergisini 20%-dən 50%-ə qaldıracaqlar.

Ebrard bu gün keçirilən tədbirdə açıqlamasında, “Tarifəni artıracağıq, çünki Meksikaya gələn avtomobillərin qiymətləri bizdə referans qiymət adlandırılan səviyyədən aşağıdır. Əsas məqsədimiz iş yerlərini qorumaqdır. Bu məhsullarla bağlı inkişafların təxminən 320 min iş yerinə birbaşa təsiri var”, – deyib.

Bu addım ABŞ-ın Latın Amerikası ölkələrini bölgədə nüfuz uğrunda rəqabət apardığı Çinlə iqtisadi əlaqələrini məhdudlaşdırmağa məcbur etməsindən sonra atılır.

Ebrard ilin əvvəlində gömrük vergilərinə qarşı çıxdığını və bunların iqtisadi böyümə və inflyasiyanı aşağı səviyyədə saxlamaq hədəfləri ilə ziddiyyət təşkil etdiyini bildirmişdi.

 





10.09.2025    çap et  çap et