Vaxt.Az
Atletimiz rekord vurdu
Amma mükafatçılar sırasına düşə bilmədi
Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə “Brilyant Liqa” başa çatıb. Apasport.az saytının məlumatına görə, Asiyada Azərbaycanın idman şərəfini qoruyan Hayle İbrahimov yarışda mükafatçılar sırasına düşə bilməyib.O, 3000 metr məsafəyə qaçışda finiş xəttinə 5-ci (7.34,57) çatıb. Buna baxmayaraq, təmsilçimiz göstərdiyi nəticə ilə yeni Azərbaycan rekordu vurub.
Qeyd edək ki, qalib adına həbəşistanlı Haqos Qebrhivet yiyələnib. Atlet millimizdə çıxış edən həmyerlisini 4,21 saniyə qabaqlayıb.
11.05.2013 çap et