Qızıl bu gün səhər 0,26% ucuzlaşaraq 3.631,55 dollara enib. Analitiklər 3.623 dolları dəstək səviyyəsi kimi göstərirlər. Bu həddin qırılması halında 3.591 dollar hədəflənə bilər.
“Tastylive”ın qlobal makro rəhbəri İlya Spivak, “Bazarlar ABŞ İstehlak Qiymətləri İndeksi (TÜFE) göstəricilərini və bunun FED-in faiz endirimi gözləntiləri üçün nə demək olacağını gözləyərkən, qızıl son dövrlərdəki qazancını konsolidasiya edir kimi görünür”, – deyib.
Geri çəkilmə, dünənki məlumatların monetar yumşalma gözləntilərini gücləndirməsinə baxmayaraq baş verib və mənfəət realizasiyası təzyiqi kimi dəyərləndirilib.
Bazarların diqqəti hazırda bu gün Bakı vaxtı ilə 16:30-da açıqlanacaq avqust ayı CPİ (Consumer Price İndex – İstehlakçı Qiymət İndeksi) hesabatına yönəlib. Analitiklər aylıq 0,3% artım, illik inflyasiyanın isə iyul ayındakı 2,7%-dən 2,9%-ə yüksəlməsini proqnozlaşdırırlar. Bu gün dərc olunacaq həftəlik işsizlik müraciətləri əmək bazarının gücü barədə əlavə aydınlıq verəcək.
Gözləniləndən yüksək CPİ dolları müvəqqəti dəstəkləyib qızıl üzərində təzyiq yarada bilər. Lakin Spivak qızıl üçün eniş risklərinin məhdud ola biləcəyini qeyd edib: “Bazarlar faiz endirimi gözləntilərini zaman baxımından irəliyə təxirə salsalar belə, bu gözləntilərdən tamamilə imtina etmələri mümkün görünmür”.
Treyderlər FED-in gələn sentyabrın 17-si keçiriləcək toplantısında 25 baza bəndlik faiz endirimi gözləyirlər, bəziləri isə daha dərin — 50 baza bəndlik endirim ehtimalını qiymətləndirirlər.