ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyindən (DSCA) verilən açıqlamada, ABŞ Dövlət Departamentinin Finlandiyaya 1,07 milyard dollarlıq “AIM-120D-3” inkişaf etmiş havadan-havaya orta mənzilli raket və əlaqəli avadanlıqların satışına razılıq verdiyi bildirilib.
Açıqlamada satışın Finlandiyanın mövcud və gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracağı və ölkənin təhlükəsizliyini gücləndirəcəyi vurğulanıb.
Bildirilir ki, Finlandiya mövcud “AIM-120C-8” Təkmilləşmiş Orta Mənzilli Hava-Hava Raketi (AMRAAM) inventarı sayəsində yeni alınan avadanlığı silahlı qüvvələrinə inteqrasiya etməkdə heç bir çətinlik yaşamayacaq və satışın bölgədəki əsas hərbi tarazlığı dəyişdirməyəcəyi qeyd edilib.
Raketlərin Finlandiyaya satışını təsdiqləyən ABŞ Dövlət Departamenti əməliyyat üçün ABŞ Konqresinə müvafiq bildiriş göndərib.