Vaxt.Az

Pekindən gərginliyi artıracaq addım


 

Çin Filippinlə ərazi mübahisəsində olduğu hövzəni milli təbiət qoruma zonası adlandırdı

Pekindən gərginliyi artıracaq addım Çin Cənubi Çin Dənizində Filippinlə ərazi mübahisəsi olan Skarboro hövzəsini milli təbiət qoruma zonası elan edib.

Çin Dövlət Şurasından verilən açıqlamada, “Huanyan Adası” adlandırılan hövzənin milli təbiət qoruma zonası” statusunun təsdiqləndiyi bildirilib.

Açıqlamada yeni statusun bölgənin təbii ekosisteminin müxtəlifliyini, stabilliyini və davamlılığını qorumağı hədəflədiyi vurğulanıb.

Üçbucaq şəklində, ortasında dayaz dəniz hövzəsi Skarboro, Cənubi Çin Dənizinin şərqində, Filippinin şimalındakı Luzon Adasına 120 dəniz mili (222 kilometr) məsafədə yerləşir.

Filippinlərin Panataq, çinlilərin isə Huanyan adını verdiyi hövzə hələ də iki ölkənin qarşılıqlı ərazi iddialarını dəniz hərəkətləri vasitəsilə göstərdiyi bir bölgədir.

Bölgədə 2012-ci ildə Filippin Sahil Mühafizəsinin qanunsuz ov edən 8 Çin balıqçı gəmisini saxlaması cəhdi, Çin Sahil Mühafizəsinin müdaxiləsi ilə iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Münqaişənin ardından Çin hövzənin nəzarətini ələ keçirmişdi.

***

Cənubi Çin dənizi sahil ölkələrinin müstəqillik qazandığı İkinci Dünya müharibəsindən bəri bölgə ölkələri arasında ərazi mübahisələrinin mərkəzindədir.

Çin ilk dəfə 1947-ci ildə yayımladığı xəritə ilə Cənubi Çin dənizinin 80%-i üzərində ərazi iddiasında olub, yeraltı resurslar baxımından zəngin bölgədə isə Filippinlərlə bərabər Vyetnam, Bruney və Malayziya da iddialıdır.

Çinin bölgədəki mübahisəli adalarda bazalar qurmasına, hərbi və sivil gəmilər vasitəsilə varlığını göstərməsinə həm bölgə ölkələri, həm də ABŞ etiraz edir.

Hollandiya Haaqa şəhərindəki Daimi Arbitraj Məhkəməsi 2016-cı ildə Filippinlərin müraciəti üzrə verdiyi qərarda Çinin Cənubi Çin Dənizində tək tərəfli ərazi iddialarının qanunsuz olduğunu qərara almışdı.

 





11.09.2025    çap et  çap et