“Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtın küçə və prospektlərində, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edirik.
Yol hərəkəti qaydalarına ciddi riayət edin
Təhsil müəssisələrinin ətrafında sürətinizi azaldın
Piyada keçidlərində uşaqlara və digər piyadalara yol verin
Avtomobil idarə edərkən mobil telefondan istifadə etməyin, diqqətinizi yalnız yola yönəldin
Digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaranmaması üçün dayanma-durma qaydalarını pozmamaqla avtomobillərinizi icazə verilən ərazilərdə saxlayın.
Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik.
Təhlükəsizlik hər birimizin diqqətindən asılıdır. Yeni tədris ilini şagirdlərimiz, tələbələrimiz və bütün vətəndaşlarımız üçün təhlükəsiz, etibarlı və uğurlu edək”.