Vaxt.Az

Fransada pendir panikası


 

Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü

Fransada pendir panikası Fransada “Chavegrand” firmasının istehsal etdiyi bir çox pendirdə listeriya bakteriyası aşkarlanıb. İyun ayından bəri 21 yoluxma faktı qeydə alınıb, 2 nəfər həyatını itirib. Xüsusilə “brie”, “camembert” və keçi pendiri növləri başda olmaqla bir çox məhsul marketlərdən yığışdırılır.

Fransada listeriya bakteriyası səbəbilə başlanılan genişmiqyaslı ərzaq geri çağırışı istehlakçılar arasında narahatlıq yaradıb. “Chavegrand” firmasına məxsus “brie”, “camembert”, “coulommiers” və keçi pendiri “bûchette” kimi məhsullarda risk olduğu açıqlanıb. Səhiyyə orqanları 11 avqustdan etibarən təcili geri toplama qərarı verib.


Hansı markalar təsirləndi?


Geri çağırma çoxsaylı böyük market şəbəkəsini əhatə edir:

“Aldi”: “Le Paturon” seriyası “camembert”, “coulommiers”, “petit doux”

“Carrefour”: “Carrefour Classic”, “Simpl” və “Le Berger” markaları

“Norma”: “Le Chaignet” və digər “camembert” növləri

“Intermarché Netto”: “Netto Camembert”

“Auchan”: “Saveur D’antan camembert”

“Leclerc”: “Mariotte” və digər “camembert” növləri

Bundan başqa “Lidl”, “Grand Frais”, “Monmarché.fr” və çoxlu sayda müstəqil pendirçilər də siyahıda yer alır.

 

Hansı məhsullar istehlak edilməməlidir?

 

Listeriya yüksək hərarət, baş ağrısı və əzələ ağrılarına səbəb ola bilir. Risk qrupuna hamilələr, yaşlılar və immun sistemi zəif şəxslər daxildir. Hökumət xəbərdarlıq edib: məhsulları qətiyyən yeməyin, qəbz tələb olunmadan geri qaytarın. Əlamətləri başlayanların isə dərhal həkimə müraciət etməsi tövsiyə olunur.

 

Məlumata çıxışda çətinlik yaşanır

 

Rəsmi geri çağırma platforması “Rappel Conso” vasitəsilə məhsulların siyahısına baxmaq mümkündür. Lakin texniki problemlər səbəbindən bəzi istehlakçıların ətraflı məlumat əldə etməkdə çətinlik çəkdiyi bildirilir.


 





11.09.2025    çap et  çap et