Sağçı hakimiyyətin irəli sürdüyü təşəbbüs bələdiyyələrə dilənçiliyi qadağan etmə hüququ verir. Bu hüquq 2014-cü ilin yayından qüvvəyə minə bilər. 2015-ci ilin yayından etibarən isə bütün ölkə boyu dilənçiliyin qarşısı alına bilər.
Bunun gerçəkləşməsi üçün təşəbbüs Parlamentdən keçməlidir.
Ziddiyyətli təşəbbüsün mühacirləri hədəf aldığı deyilir. Populist sağçı Tərəqqi Partiyasından olan ədliyyə naziri Anders Anundsen cinayətkarlıqla dilənçilik arasında əlaqə olduğunu bildirib.