İngiltərədə monarxiya, 42 illik sorğu tarixində ən böyük populyarlıq itkisini yaşayır.
1983-cü ildə əhalinin 86%-ı krallıq ailəsini “önəmli” hesab edirdi, bu rəqəm 2024-cü ildə 51%-ə düşüb.
Eyni dövrdə monarxiyanı tamamilə ləğv etmək istəyənlərin nisbəti 3%-dən 15%-ə yüksəldi. “Önəmsiz” hesab edən, amma birbaşa ləğv istəməyənlər isə 10%-dən 31%-ə qalxdı.
Sorğu direktoru Aleks Şouls bildirib: “Monarxiyaya verilən dəstək, qeydiyyata başladığımız tarixdən bəri ən aşağı səviyyədədir. İnsanlar gələcəklərini daha çox sorgulayır”.
1983-cü ildə əhalinin 64,6%-ı monarxiyanı “çox önəmli” hesab edirdi. Bu rəqəm 2024-cü ildə 24,1%-ə düşüb. Əvvəlki ən aşağı səviyyə 2006-cı ildə 27,1% idi.
Bu gün iştirakçıların 26,7%-i monarxiyanı “kafi önəmli”, 20%-i “çox önəmli deyil” və 11,2%-i “heç önəmli deyil” deyib.
Gənclər respublika yanındadır
Sorğu xüsusilə gənclər arasında kəskin fərqi ortaya qoyur. “Böyük Britaniyada monarxiya davam etməli, yoxsa seçilmiş dövlət başçısı olmalı?” sualına 16-24 yaş qrupunun 67%-i “seçilmiş başçı” cavabı verib, yalnız 30%-i monarxiyanı dəstəkləyib.
Ümumi cədvəldə isə əhalinin 58%-i monarxiyanı, 38%-i isə seçilmiş başçını istəyir.