Vaxt.Az

ABŞ-ın “Ruh”u Rusiyanın qapısında


 

NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi

ABŞ-ın “Ruh”u Rusiyanın qapısında ABŞ-ın “Ruh” adlandırılan bombardmançı təyyarəsi “B-2”, Norveç sahillərində “QUICKSINK” dəniz hədəfini məhvetmə silahını test edib.

ABŞ Hava Qüvvələri, sentyabrın əvvəlində Norveçin şimalındakı Andoya Adası sahillərində yeni nəsil dəniz hədəfini məhvetmə silahı “QUICKSINK”in sınağını həyata keçirib.

Eyni dövrdə ABŞ və NATO müttəfiqləri, Rusiyanın Arktik qapısı hesab olunan Barens Dənizində birgə dəniz əməliyyatı başladıb.

2024-cü ilin iyun ayında İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hava hücumlarında istifadə olunan “B-2 Spirit” bombardman təyyarəsi, bu dəfə uzun mənzilli dəniz hədəfi ssenarisində fəaliyyət göstərib.

Təyyarə, QUICKSINK silahları ilə təchiz edilmiş 500 funtluq “GBU-38” və 2 min funtluq “GBU-31 JDAM” bombalarını daşıyıb.

ABŞ Hava Qüvvələri Araşdırma Laboratoriyası, yeni hədəf başlıqları ilə təchiz olunmuş JDAM bombalarının sabit və hərəkətli dəniz hədəflərinə qarşı ucuz və dəqiq həll təmin etdiyini vurğulayıb.

 

Norveç və ABŞ-dan birgə iştirak

 

Norveç Hava Qüvvələri də testə dörd ədəd “F-35” döyüş təyyarəsi və bir “P-8” dəniz patrul təyyarəsi ilə qatılıb.

Norveç ordusunun yaydığı fotolarda B-2 təyyarəsinin hədəf gəmiyə bomba atdığı, hətta bir sualtı periskopundan çəkilmiş kadrda zərbə anının göründüyü bildirilib.

Norveçdəki sınaq, “QUICKSINK”in “B-2” ilə həyata keçirilən üçüncü testi olub. Daha əvvəl 2024-cü ilin iyulunda Havay adalarında keçirilən təlimdə 2 min funtluq versiya, Floridada isə 500 funtluq versiya sınaqdan keçib.

 

“B-2”nin daşıma gücü nə qədərdir?

 

Rəsmi məlumatlara görə, “B-2” bombardman təyyarəsi 40 min funta qədər sursat daşıya bilir. Bu, eyni anda 80 ədəd 500 funtluq və ya 20 ədəd 2 min funtluq bomba yükləməyə imkan verir.

Təyyarə, inkişaf etmiş hava müdafiə sistemlərini aşaraq “yoğun qorunan” hədəfləri vurmaq üçün hazırlanıb.

 





11.09.2025    çap et  çap et