Məlumata görə, AB ölkələrində orta ömür bir əvvəlki ilə nisbətən 0,3 il artaraq 81,7 ilə yüksəlib.
Ən uzun orta ömür İtaliya və İsveçdə 84,1 il, İspaniyada 84 il, Lüksemburqda 83,5 il və Maltada 83,3 il olub.
Fransada orta ömür 83,1 il, Almaniyada 81,5 il, ən aşağı isə Bolqarıstanda 75,9 il, Rumıniyada 76,6 il və Latviya 76,7 il olaraq qeydə alınıb.