Vaxt.Az

Cəhalətin qurbanları


 

Bir millət elmə arxa çevirəndə, bunun hesabını gələcək nəsillər ağır ödəyir

Cəhalətin qurbanları 500 ildən çox dünyanın üç qitəsində hakim olan qüdrətli Osmanlı imperiyası nədən çökdü?

Osmanlı dövlətinin tarixində üç mühüm hadisə var ki, onların ardıcıllığı açıq şəkildə göstərir: bir millət elmdən uzaqlaşanda, onun sonu məğlubiyyət və dağılmadır. 1580-ci ildə Sultan III Murad Təqiüddinin rəhbərliyi ilə qurulan İstanbul Rəsədxanasını “Rəssədxanadan göydəki mələklərin çılpaq bacaklarına baxmaq günahdır” deyərək top atəşi ilə dağıtdırdı. Halbuki bu rəsədxana Avropadakı müasir elmi mərkəzlərlə eyni səviyyədə idi və Osmanlını elmdə qabağa apara bilərdi. Amma mövhumat və cəhalət üstün tutuldu, elm isə düşmən sayıldı. Bu zaman illərdir xristian dininin bataqlığında boğulan Avropa XVI əsrin əvvəllərində (1517) dünyada ən böyük reformator kimi tarixə düşən Martın Lüterin sayəsində dinin caynağından xilas olaraq həmin dövrdə elmə sarıldı, texnologiyasını inkişaf etdirdi və gücləndi. Əsrlərin dünya nəhəngi Qoca Osmanlı təkcə yaşca yox fiziki olaraq da qocalmışdı.

Aradan iki əsr keçmədi ki, III Muradın elmə atdığı top mərmisi Osmanlıya Bumeranq effekti yaratdı.

Rus donanması Baltik dənizindən hərəkətə başladığını Fransız səfir Osmanlı sultanı III Mustafaya xəbər verdi. Hərəkətin Atlantik Okeanından gələrək Aralıq dənizindən Osmanlı donanmasına zərbə endirəcəyini desə də Sultan istehza ilə gülərək səfirə Baltik dənizindən belə bir yol olmadığın dedi və bu xəbəri gülünc adlandırdı.

1770-ci ildə Çeşmə dəniz döyüşündə Aralıq dənizində 70 gəmidən ibarət Osmanlı dəniz donanması bir gecədə Osmanlı donanması köhnəlmiş gəmilər və zəif taktika ilə müasir rus donanması qarşısında darmadağın edildi. Bu fəlakət bir daha göstərdi ki, elmə etinasız yanaşan dövlət hərb meydanında məğlubiyyətə məhkumdur.

Osmanlı gəmilərinin və toplarının köhnə texnologiya ilə olması və Osmanlıda coğrafi biliklərin inkişafıdan geri qalması bu faciəyə səbəb oldu.

Ən faciəlisi odur ki, Osmanlı sultanı rusların Aralıq dənizinə girişini belə izah edirdi: “Yad avropalılar rusları Baltik dənizindən kanal qazaraq Aralıq dənizinə keçirdilər“.

Osmanlının zəifliyindən istifadə edən Rusiya 1774-cü ildə Küçük Kaynarca müqaviləsi ilə böyük üstünlüklər qazandı və nəhayət, 1783-cü ildə Krımı tam ilhaq etdi. Osmanlı ilk dəfə müsəlman torpağını itirdi, Qara dənizdəki əsrlik hakimiyyəti sona çatdı.

Qara dəniz rus dənizi oldu, Dnepr çayının ətrafları itirildi, böyük məbləğdə təzminat verildi, Rusiyaya Osmanlıdaki xristianlara himayədarlıq hüquqi verildi, hansı ki, gələcəkdə dəfələrlə bu imtiyaz nəticəsində Rusiya dəfələrlə Osmanlıya müharibə elan etmişdi .

Bu hadisələr bir-birinə bağlı zəncir kimi Osmanlının tənəzzülünü göstərir: elmə qarşı çıxmaq – hərbi məğlubiyyət – siyasi və dini nüfuzun itirilməsi – dağılma. Əgər 1580-ci ildə rəsədxana dağıdılmasaydı, bəlkə də Çeşmə faciəsi və Krım itkisi yaşanmazdı. Osmanlının dağılması təkcə düşmənlərin gücündən deyil, öz içində cəhaləti seçməsindən doğdu. Tarix bizə öyrədir ki, bir millət elmə arxa çevirəndə, gələcək nəsillər ağır bədəl ödəyir.

 





11.09.2025    çap et  çap et