ABŞ Əmək Nazirliyinin məlumatına görə, müraciətlərin sayı həftəlik müqayisədə 27 min nəfər artıb. Bazar gözləntiləri isə müraciətlərin 235 min səviyyəsində olacağı istiqamətində idi.
Əvvəlki həftənin göstəricisi də yenidən nəzərdən keçirilərək 237 mindən 236 minə endirilib.
Son həftədə 4 həftəlik orta göstərici 9 min 750 nəfər artaraq 240 min 500-ə yüksəlib. Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 30 avqustda bitən həftə üzrə dəyişməyərək 1 milyon 939 min səviyyəsində qalıb.