ABŞ Ticarət naziri Hovard Lutnik cümə axşamı bildirib ki, ABŞ ilə Hindistan arasında ticarət anlaşmasının imzalanması Hindistanın Rusiyadan neft alımlarını dayandırmasına bağlıdır.
“CNBC”yə müsahibəsində ən vacib ticarət prioriteti barədə sualı cavablandıran Lutnik xüsusilə Hindistanı nəzərdə tutdu.
Lutnik əlavə edib: “Biz Hindistan məsələsini həll edəcəyik. Amma bu, Hindistanın Rusiyadan neft almağı dayandırmasından sonra baş verəcək”.
çap et