ABŞ-da avqust ayına dair İstehlakçı Qiymətləri İndeksi (Consumer Price İndex – CPİ) açıqlanıb. Məlumata görə, ABŞ-da istehlakçı qiymətləri avqust ayında əvvəlki aya nisbətən 0,4% artıb. “Bloomberg” sorğusuna qatılan iqtisadçıların gözləntisi aylıq artımın 0,3% olması yönündə idi.
İllik inflyasiya isə eyni dövrdə 2,9% ilə gözləntilərə uyğun olaraq qeydə alınıb.
Əsas göstəricilərdə də nəticələr iqtisadçıların proqnozları ilə uyğun olub.
Qida və enerji məhsulları istisna olmaqla, avqust ayında istehlakçı qiymətləri aylıq 0,3% artıb. İllik əsas inflyasiya isə 3,1% təşkil edib.
çap et