Vaxt.Az
Toyuğu yumaq «infeksiyanı yayır»
Vəziyyətdən çıxmaq üçün məsləhətlər
Alimlər çiy toyuğu yumağın qida zəhərlənməsi ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edirlər. Britaniyada 4500 adam arasında keçirilən sorğuya əsasən 44 faiz toyuğu bişirməzdən əvvəl yuyur.
Amma ölkədə qida standartlarını
tənzimləyən FSA agentliyi (Food Standards Agency, Ərzaq Standartları Agentliyi)
toyuğun yuyulması vaxtı su sıçrantıları vasitəsilə bakteriyaların əllərə,
mətbəxə, paltara və avadanlıqlara yayıldığını bildirir.
Toyuğu yuyanlar bunu çirk və mikrobları
aradan qaldırmaq üçün və ya bir vərdiş kimi etdiklərini deyirlər.
Toyuğu hazırlamaq üçün məsləhətlər:
- Çiy toyuğun üstünü bağlayıb onu soyudun;
- Onu soyuducunun alt hissəsində saxlayın
ki, suyu digər məhsulların üstünə damcılamasın;
- Çiy toyuğu yumayın;
- Çiy toyuğu hazırlayarkən bütün
avadanlıqları, doğrama lövhələrini və masaların üstlərini yuyun;
- Toyuğu yaxşı bişirin - ətin çəhrayı
yerləri olmamalı, suyu şəffaf olmalıdır.
18.06.2014 çap et