Vaxt.Az

Demoqrafiya, miqrasiya və turizm!


 

Prioritet müəyyən edilməli olsa, sağdan sola sıralanmalıdır

Demoqrafiya, miqrasiya və turizm! Ölkə iqtisadiyyatı üçün istehlakçı yaradılmasının 3 yolu var: – Demoqrafiya – Miqrasiya – Turizm.

Bunlar da özlüyündə iki yerə bölünür:

– daimi istehlakçı

– müvəqqəti istehlakçı

 

1. Demoqrafik yanaşma (təbii artım yolu ilə)

Məzmunu: doğum səviyyəsinin artırılması, ailələrin daha çox uşaq sahibi olmasına şərait yaradılması.

Üstünlükləri:

– Daimi istehlakçıların formalaşması.

– Əhalinin milli kimliyi və mədəniyyətinin qorunması.

– Uzunmüddətli perspektivdə sabit və dayanıqlı demoqrafik artım.

– Cəmiyyətə daha asan inteqrasiya (hamı eyni sosial-mədəni mühitdə böyüyür).

 

Çatışmazlıqları:

– Effektini yalnız uzun müddətdən (15–20 il) sonra göstərməsi.

– Dövlət üçün böyük sosial xərclər tələb etməsi (pensiya, müavinət, təhsil, səhiyyə və s.).

– Müasir dövrdə insanlar az uşaq istədiyindən siyasətin uğuru zəif ola bilər.

 

2. Miqrasiya yanaşması

Məzmunu: xaricdən əmək qabiliyyətli, təhsilli və ixtisaslı insanların ölkəyə cəlb edilməsi.

Üstünlükləri:

– Daimi istehlakçıların formalaşması.

– Qısa müddətdə işçi qüvvəsi çatışmazlığının həll edilməsi.

– İqtisadiyyat üçün lazımi ixtisaslı kadrlara (mühəndis, həkim, İT mütəxəssisi və s.) tələbatın ödənməsi.

– İnnovasiya, yeni bilik və təcrübənin ölkəyə gətirilməsi.

 

Çatışmazlıqları:

– İnteqrasiya və adaptasiya çətinlikləri (dil, mədəniyyət, sosial uyğunsuzluq).

– Əgər miqrantlar keyfiyyətsiz seçilərsə, işsizlik və sosial yük arta bilər.

 

3. Turizm yanaşması

Məzmunu: ölkə iqtisadiyyatı üçün müvəqqəti istehlakçıların idxal edilməsi.

Üstünlükləri:

– Çox qısa müddətdə baş verə bilməsi.

– Dövlət üçün heç bir sosial yükün yaranmaması.

 

Çatışmazlıqları:

– Müvəqqəti istehlakçıların formalaşması. 

Nəticə olaraq prioritetlik müəyyən edilməli olsa, birinci növbədə turizm, sonra miqrasiya, sonra isə demoqrafiya deyərdim.

 





11.09.2025    çap et  çap et