ABŞ-lı investor Şon Maquayr, “X” sosial media platformasındakı hesabında paylaşımında, “Son on ildə Solçular bizə Sağ tərəfin zorakılığının təhlükələri barədə dərs verdi. Prezident Trampa qarşı sui-qəsd cəhdlərindən tutmuş, “United Healthcare”in baş direktoru (CEO) Brayan Tompsonun öldürülməsinə və indi də Çarli Kirkə qədər. Əsl təhlükə Soldan gəlirdi”, – yazıb.
Maquayrın paylaşımına cavab verən Mask isə ABŞ-da son vaxtlar baş verən hücumlarla bağlı Demokratları ittiham edərək, “Sol qətl partiyasıdır”, – ifadəsini işlətdi.
Mask həmçinin Kirkin öldürülməsi barədə “təbrik edirmiş kimi” paylaşımlar edənlərə reaksiya göstərərək, “Onlar soyuqqanlı bir qətli bayram edirlər”, – deyib.
Milyarder iş adamı, bir “X” istifadəçisinin paylaşdığı – “Sol görüşlü əsas axın media və (Kaliforniya qubernatoru) Qeivin Nyusom kimi Trampın diktator olmağı planlaşdırdığını iddia edən şəxslər sağçı fiqurlara qarşı isteriya yaratdı. Bu vəziyyət çox sayda qeyri-sabit insanı siyasi zorakılığa yönləndirəcək qədər radikallaşdıra bilər”, – sözlərinə “Tamamilə,” cavabını verdi.
İlon Mask həmçinin “Çarli Kirkin dediklərinin bəzilərinin xoşuna gəlmədiyi üçün öldürüldüyünü” bildirən başqa bir paylaşımı da yenidən paylaşdı.
Çarli Kirkin qətli
ABŞ-ın Yuta ştatında Prezident Donald Trampa verdiyi güclü dəstəklə tanınan və xüsusən gənclər arasında populyar olan aktivist və sosial media fenomeni Çarli Kərk, çərşənbə günü yerli vaxtla günorta saatlarında Yuta Valli Universitetində qatıldığı tədbir zamanı silahlı hücuma məruz qalmışdı.
Kirk açıq havada çıxış etdiyi vaxt naməlum istiqamətdən açılan güllənin hədəfi olmuşdu.
Tramp hadisədən bir qədər sonra ABŞ mərkəzli “Truth Social” hesabında paylaşım edərək Kirkin öldüyünü açıqlamışdı.
ABŞ mediasında yayılan bəzi xəbərlərdə bir şübhəlinin saxlanıldığı iddia edilsə də, qısa müddət sonra həmin şəxsin hücumla əlaqəsi olmadığı bildirildi.
ABŞ universitetlərinin düşərgələrində tələbələrə mühafizəkar ideyaları yaymaq məqsədilə fəaliyyət göstərən, kommersiya məqsədi daşımayan “Turning Point USA” təşkilatının qurucusu olan Çarli Kirk, ABŞ mərkəzli “X” sosial media platformasında 5,2 milyon, Çin mərkəzli “TikTok” platformasında isə 7,3 milyon izləyiciyə sahib idi.
Kirk xüsusən gənclər arasında qazandığı populyarlıq sayəsində Donald Trampın 2024 prezident seçkilərini qazanmasına verdiyi töhfə ilə tanınırdı.
ABŞ-dakı respublikaçı mühafizəkar dairələrdə fəal olan Kirk, eyni zamanda İsrailə verdiyi güclü dəstəyilə də seçilirdi.
Hadisə ilə bağlı açıqlamasında Tramp, “Böyük və hətta əfsanəvi Çarli Kərk öldü. ABŞ-da gəncliyin qəlbini Çarlidən daha yaxşı anlayan və ya ona sahib olan heç kim yox idi. Çarli, biz səni sevirik”, – deyib.
İsrail Baş naziri Binyamin Netanyahunun da aktivist üçün “dua etdiyini” bildirdiyi açıqladı.