Vaxt.Az

Tanrıyla ünsiyyətin dili muğamdır


 

Ona görə Alim Qasımov üzü göyə oxuyur

Tanrıyla ünsiyyətin dili muğamdır Toyun musiqisiz keçirilməsi, adətən, dinlə əlqələndirilir. Halbuki dünyanın ən zəngin musiqisi sayılan simfonik musiqinin anası kilsədir.

Simfonik musiqi tamamilə ibadət hadisəsidir. İnsanla tanrı arasında ünsiyyətin səslənişi kimi yaranıb, bir növ, məbəd musiqisidir.

Simfonik əsəri ifa edən orkestrin ifa zamanı çox zaman tamaşaçılardan gizlədilməsi də bu ilahi ünsiyyətin səs vasitəsilə baş tutmasına işarədir. Yəni simfonik musiqi vəhyə qarşı vəhylə cavab verməkdir.

Şərqdə Tanrıyla ünsiyyətin dili muğamdır. Muğam da başlanğıcda vəhyə cavabdır. Azərbaycanda muğamı ən düzgün oxuyan Alim Qasımovdur, üzü göyə oxuyur. Qalanları üzü yerə oxuyur muğamı.

Yəni simfonik musiqi və muğam tamamilə halal musiqidir.

Ümumiyyətlə, bütün inanclarda insan tanrıyla musiqinin diliylə danışır. Azan da musiqinin diliylə oxunur, Quranın da oxunmaq qaydası musiqilidir.

Demirsiniz musiqi haramdır? Oxumayın da azanı. Yasini danışın, qulaq asaq.

Ömrümüz elementar şeyləri izah etməklə keçdi...

 





12.09.2025    çap et  çap et