Vaxt.Az

Qızılın qiymətləri yüksəlir


 

Qiymətli metal 45 illik zirvəni fəth edib

Qızılın qiymətləri yüksəlir Qızılın qiymətləri ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən faizlərin endiriləcəyi gözləntiləri ilə artıb və ardıcıl dördüncü həftəlik gəlirini davam etdirir. Qızıl bu həftə onsu 3 650 dollara çataraq, əvvəlki sentyabrın 9-da qırdığı rekordan sonra təxminən 2% artım göstərib.

Srağagün açıqlanan məlumatlara görə, ABŞ-da istehlak qiymətləri avqust ayında proqnozlara uyğun artıb. Bu, əmək bazarına dair zəif göstəricilərdən sonra FED-ə borc xərclərini azaltmaq üçün imkan yaradıb.

İnvestorlar FED-in gələn həftəki iclasında ən azı 25 faiz endirimi edəcəyini və ilin sonuna qədər iki endirim daha olacağını proqnozlaşdırırlar.

Qızıl bu il 39% qiymət qazanaraq ən yaxşı performans göstərən əmtəələrdən biri olub və “S&P 500” indeksi də daxil olmaqla digər bazar göstəricilərini üstələyib. Bu artım, mərkəzi bankların alışları, geosiyasi qeyri-müəyyənlik və ETF-lərə (Birja İnvestisiya Fondu) olan axınlar tərəfindən dəstəklənib.

Qızıl bu həftə nominal rekorda imza atmaqla yanaşı, 45 il əvvəl inflyasiyadan təmizlənmiş zirvəsini də keçib.

 





12.09.2025    çap et  çap et