Vaxt.Az

Lavrovdan Əliyevə müharibə zəmanəti


 

«Rusiya ona qarşı olan bütün layihələri məhv etməyə çalışacaq»

Lavrovdan Əliyevə müharibə zəmanəti Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün gerçəkləşəcək səfərindən xüsusi narahatlıq keçirən erməni mediası növbəti yazısında bu iddia ilə çıxış edib.


Bu dəfə erməni jurnalisti Naira Ayrumyan öz yazısında Lavrovun Bakıda Transxəzər qaz kəmərinə mane olmaqdan ötrü çalışacağını deyib: «Lavrov «Cənub axını» layihəsi ilə bağlı heç bir uğur əldə etmədi. Buna görə də Rusiya ona qarşı olan bütün layihələrin hər birini məhv etməyə çalışır. Lavrov Bakıya da elə bunun üçün gedir. Transxəzər qaz kəməri onun hədəfində duran ilk layihədir. Lavrov Bakını razı salmaqdan ötrü bütün imkanlardan istifadə edəcək. Hətta Bakıya gözlənilməz təkliflər də edilə bilər. Ən əsası isə Moskvanın Əliyevə zəmanətli müharibə təklif etməsi ola bilər. Ona görə də istənilən halda Ermənistan uduzacaq».

Xatırladaq ki, Sergey Lavrovun Bakıya səfəri bu gün başlayır.

 





18.06.2014    çap et  çap et