Əvvəlki tədqiqatlar yüzlərlə fərdi hadisəni əlaqələndirərkən, bu iş bir sıra halları sistematik şəkildə analiz edib. Araşdırma göstərir ki, istilik dalğalarının orta intensivliyi 2000–2009-cu illərdə 1,4 dərəcə artıb, 2020–2023 dövründə isə 2,2 dərəcəyə yüksəlib. Karbon tullantılarının temperatur artımına, temperaturun isə ölümcül istilik dalğalarına səbəb olma ehtimalına təsiri ölçülüb.
İqlim dəyişikliyinin 2000–2023 illərində qeydə alınan 213 istilik dalğasını daha ehtimallı və intensiv etdiyini ortaya qoyan araşdırmada, istilik dalğalarının medianının 2000–2009 dövründə təxminən 20 dəfə, 2010–2019 dövründə isə 200 dəfə daha ehtimallı olduğu müəyyən olunub.
Neft-qaz yanacaq və sement istehsalçısı ən böyük 180 şirkətin qlobal səth temperaturu və keçmiş istilik dalğalarının ehtimal və şiddətinə verdiyi töhfə ölçülüb. Araşdırma göstərir ki, qlobal səviyyədə ən böyük 14 şirkətdən hər birinin təkbaşına yaydığı emissiyalar 50-dən çox istilik dalğasına səbəb ola bilər. Məsələn, “ExxonMobil”in karbon kirliliyi isti olmayan bir dünyaya nisbətən 51 istilik dalğasının baş vermə ehtimalını ən az 10 min dəfə artırıb.
ETH Zürix Universitetindən Sonya Seneviratne karbon tullantılarının təyinində bu tədqiqatın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, “emissiya mənbələrini geriyə doğru izləmək və kəmiyyətcə təyin etmək potensial məsuliyyəti aşkar etməkdə çox faydalı ola bilər”. Araşdırmanın müəllifi Yann Quilkaylle isə qeyd edib ki, “İqlim dəyişikliyi, 213 istilik dalğasını daha ehtimallı və intensiv edib və vəziyyət zamanla pisləşib”.
Fransız Milli Elmi Tədqiqatlar Mərkəzindən Araşdırma Direktoru Dr. Davide Faranda isə işin "önəmli və yeni bir addım" olduğunu vurğulayıb: "Rapor emissiyalara bağlı bu fəlakətləri mümkün edən şirkətlər arasında əlaqələri göstərir. Bu körpü, kirlədənləri məsul tutmaq üçün hüquqi və siyasi tədbirlər üçün əsas yarada bilər."
“Imperial College London”dan Friderik Otto tədqiqatın nəticələrinin bu hadisələrin real miqyasını ehtimalın az qiymətləndirdiyini bildirib. “Leipzig” Universitetindən Karsten Haustein isə qeyd edib ki, “Bu iş gələcək iqlim məhkəmələrini dəstəkləmək üçün irəliləyişdir və inkar və elm əleyhinə ritorikanın iqlim məsuliyyətini aradan qaldırmayacağını xatırladır”.
"Make Polluters Pay" (Kirlədənlərə Ödəniş) hərəkatının sözçüsü Kassidi DiPaola araşdırmanın nəticələrinin məhkəmə səviyyəsində sübut təşkil edə biləcəyini qeyd edib: “Artıq müəyyən istilik dalğalarını işarə edib “Aramco” bunu, “ExxonMobil” bunu etdi” deyə bilərik. Təkcə tullantılar, normalda baş verməyəcək istilik dalğalarını gücləndirdikdə, şirkətlərin idarə heyətinin qərarları nəticəsində ölü real insanlardan, uğursuz olan real məhsullardan və əziyyət çəkən real icmalardan bəhs edirik. Məhkəmələrin gözlədiyi sübut budur. Hesabat vaxtı gəldi, planeti kirlədənlər vurduqları ziyanın ödənişini etməlidirlər”.
Kolumbiya Universitetinin Sabin İqlim Dəyişikliyi Hüquq Mərkəzindən Maykl Cerrard isə “hələ heç bir kirlədənin məhkəmədə hesab vermədiyini və çətinliklərin davam etdiyini”, – deyib. Araşdırma nəticəsində, iqlim böhranına səbəb olan neft və sement şirkətlərinin məsul tutularaq təzminat ödəməyə məcbur ola biləcəyi vurğulanır. Qlobal istilənmə istilik dalğalarını daha tez-tez və intensiv edərək ildə ən az 500 min insanın temperatur səbəbiylə ölümünə yol açır.