ABŞ-ın avqust ayı CPİ (Consumer Price Index – İstehlakçı Qiymətləri İndeksi) göstəricisi gözləntilərə uyğun açıqlanıb və FED-in 16-17 sentyabr tarixlərində keçiriləcək Federal Açıq Bazar Komitəsi (FOMC) iclasında faiz endirəcəyi gözləntilərini dəstəkləyib.
Qida və enerji daxil edilməyən CPİ iyul ayına nisbətən 0,3% artıb və həm əvvəlki ay, həm də gözləntilərlə eyni səviyyədə açıqlanıb.
ABŞ-ın 10 illik istiqraz gəliri dünən bir ara 4%-in altına düşsə də, sonradan yenidən artdı və günü təxminən 3 baza puan azalma ilə tamamladı. 2 illik istiqrazların gəliri bir ara 3,47%-ə qədər düşdükdən sonra 3,54%-dən bağlanıb.
“S&P” 500 indeksi 0,85% yüksəlmə ilə rekord səviyyə olan 6.587 xal səviyyəsindən günü tamamladı. “Nasdaq 100” də 0,60% artım ilə zirvə səviyyəsinə çatdı.
Kiçik ölçülü şirkətləri izləyən “Russell 2000” indeksi 1,9% dəyər qazandı. Faiz qazancı olmayan və yumşaq pul siyasəti dövrlərində dəyər qazanan qızılın unsiyası da artım nümayiş etdirdi.
Bu səhər saat 06:43 TSİ ilə ABŞ gələcək indeksləri sabit, Avropa gələcək indeksləri isə “Wall Street”in dünənki yüksəlişini izləyərək yükəlişdə idi. İnkişaf etməkdə olan ölkələrin valyutaları ABŞ göstəricilərindən sonra dəyər qazandı, MSCI-nin EMFX indeksi isə itkilərinin böyük hissəsini kompensasiya etdi.
EM (İnkişaf edən bazar) səhmlərini izləyən MSCI indeksi də müsbət bölgəyə keçərək 0,2% artımla günü bağladı. Asiyada birjalar yüksəldi və MSCI “Asia Pacific” indeksi rekord səviyyəyə yaxınlaşdı.