Rusiyaya aid PUA-ların NATO üzvü Polşa hava sahəsini pozması nəticəsində yaranan gərginlik artmaqdadır.
Fransa üç “Rafale” döyüş təyyarəsini Polşaya yerləşdirəcəyini açıqlayıb.
Hollandiya və Çexiya da müdafiə birlikləri göndərəcəyini, Litva isə rabitə dəstəyini artıracağını bildirib.
Almaniya isə NATO-nun şərq sərhədindəki birliklərini gücləndirəcəyini və Polşa üzərində təyyarələrin patrul uçuşları həyata keçirəcəyini açıqlayıb.
PUA qadağası
Polşa da təhlükəsizlik tədbirlərini artırmaq üçün xüsusi toplantı keçirib və seçilmiş bir qrup əsgərin Ukraynaya gedərək burada PUA-ları vurmaq üzrə təlim almasına qərar verib.
Ölkənin şərqində PUA uçuşları qadağan olunub.
Belarus və Ukrayna sərhədində hava trafiki 3 km yüksəklikədək mülki uçuşlara bağlanıb.
“Heç nə olmamış kimi davrana bilmərik”
Polşa Baş Naziri Donald Tusk, rus PUA-larının ölkə hava sahəsinə girməsi ilə əlaqədar keçirilən fövqəladə Milli Təhlükəsizlik Şurası toplantısında bildirib:
“Bu təxribatın arxasında Rusiyanın olduğunu düşünmürük; bilirik. Amma heç nə olmamış kimi davrana bilmərik, müttəfiqlərimiz də davranamaz.”
Bəzi müddətdir Rusiya-Ukrayna müharibəsinin sona çatacağını söyləyən ABŞ Prezidenti Donald Tramp isə Rusiyanın Polşaya qarşı hava sahəsi pozuntusundan sonra Polşa Prezidenti Karol Navrotski ilə telefonla danışıb.
Navrotski açıqlayıb: “Görüş birlikdə olduğumuzu yenidən təsdiqlədi”.
Tramp: “Xəta ola bilər”
Donald Tramp buna baxmayaraq Rusiyanı ittiham etməyib: “Bu bir xəta ola bilər. Amma yenə də məmnun deyiləm. Bir an əvvəl sona çatmasını ümid edirəm”.
“Der Spiegel” qəzetinin xəbərinə görə, rus PUA-ları Polşadan Ukraynaya silah yardımı daşımaq üçün istifadə olunan NATO bazası və hava limanını vurmaq məqsədi ilə hərəkət etmişdi.
Lakin son anda Hollandiyaya aid “F-35” təyyarələri bu PUA-ları aşkar etdi və vurdu, buna görə də planlanan əməliyyat həyata keçmədi.