Vaxt.Az

Kral Çarlzın sevimli oğlu dəyişdi


 

“Vəliəhd şahzadə üçün pis xəbər”

Kral Çarlzın sevimli oğlu dəyişdi İngilis mətbuatı Şahzadə Harrinin son ailə ziyarətini qiymətləndirib. İddialara görə, krallıq ailəsində balanslar bir daha dəyişərkən, Şahzadə Uilyam atası tərəfindən daha çox tənqid olunur.

İngilis krallıq ailəsində balanslar yenidən sarsılır. Məşhur bioqrafiya yazarı Tina Brauna görə Kral Çarlz, uzun müddətdir görüşmədiyi oğlu Şahzadə Harridən daha çox, vəliəhd şahzadə Uilyama hirslidir.

Braun Kral ilə vəliəhd arasındakı gərginliyin artdığını bildirib.

İddialara görə, 43 yaşlı Şahzadə Uilyam son yeddi ayda beş dəfə tətilə çıxması və aşağı tempdə olan proqramı, xərçənglə mübarizə aparan atasının ağır iş tempilə müqayisədə tənqid olunub.

Çarlz son 12 ayda 175 rəsmi tədbirdə iştirak edib, Uilyamın “atacan imic”i üzərindən aparılan ictimaiyyətlə əlaqələr xətti isə Kral tərəfindən gizli tənqid kimi qiymətləndirilir.

Şahzadə Harri İngiltərədəki dörd günlük tək ziyarətində köhnə dostları ilə görüşüb, xeyriyyə təşkilatlarına dəstək verib və Diana Mükafatı çərçivəsində gənclərlə bir araya gəlib.

Sasseks Hersoqluğundakı “Clarence House”da atasına 54 dəqiqəlik xüsusi görüş keçirib və uzun fasilədən sonra ictimaiyyətdən müsbət rəy alıb.

Brauna görə Harrinin “pozitivlik kampaniyası” İngilis xalqı ilə buzları əridib.

***

Öz cibindən “Uşaqlara Yardım” layihəsinə etdiyi 1,1 milyon funt sterlinq ianə, Uilyamın milyonlarla funtlu büdcəsi ilə nə etdiyi sualını gündəmə gətirib.

Harri Londondakı “Invictus” qəbulunda da sevincli davranışı ilə diqqət çəkib. Atası ilə görüşündən dərhal sonra jurnalistlərin “Kral necədir?” sualına “Əla, təşəkkür edirəm” cavabını verib.

***

Tina Braun Harrinin İngiltərəyə dönüşünü uğurlu hesab edərkən, bunun Uilyam üçün “pis xəbər” olduğunu vurğulayıb.

“Kral hazırda oğulları arasında ən çox Uilyamdan narazıdır” deyən Braun, Uilyamın ailə tətilləri və məhdud rəsmi tədbirləri, xüsusən də xalqın gözündə, vəzifə şüurundan uzaq bir təsvir yaratdığını bildirib.

Harrinin turunu qiymətləndirən sözçüsü isə deyib: “Böyük Britaniyada dönməkdən, köhnə dostları və həmkarları ilə görüşməkdən və əhəmiyyət verdiyi layihələrə dəstək olmaqdan çox xoşbəxt oldu”.

 





12.09.2025    çap et  çap et