“İngilis Qaraciyər Fondu”na görə, son 50 ildə qaraciyər xəstəliklərinə bağlı ölümlər dörd dəfə artıb. Lakin Kanadada aparılan yeni tədqiqat xüsusilə piylənmə problemi olan insanlarda qan şəkərinin səviyyəsini nəzarətdə saxlamağın və qaraciyər zədəsini azaltmağın yeni yolunu ortaya qoyub.
“Cell Metabolism” jurnalında yayımlanan işdə, alimlər qaraciyərin həddindən artıq şəkər və yağ istehsalına səbəb olan molekulu müəyyən edib, izolyasiya etməyə müvəffəq olublar.
Tədqiqatın baş müəllifi Conatan Şetzer, "Bu, yağlı qaraciyər xəstəliyi kimi metabolik xəstəliklərin müalicəsinə tamamilə yeni baxış təqdim edir. Hormonları və ya birbaşa qaraciyəri hədəfləmək əvəzinə, zərər vermədən əvvəl mikrobial enerji mənbəyini dayandırırıq", – deyib
“Daily Mail”də yer alan xəbərə görə, Böyük Britaniyada hər beş insandan birini təsir edən “Metabolik Disfonksiyonla Əlaqəli Steatotik Qaraciyər Xəstəliyi” (MASLD) qaraciyərdə yağ yığılması nəticəsində meydana çıxır. Bu vəziyyət zamanla iltihaba, daha sonra isə seroza səbəb ola bilər.
Müalicə olunmadığı təqdirdə, xəstəlik qaraciyər çatışmazlığına və ya xərçəngə çevrilə bilər. Xüsusilə piylənmə problemi olan və tip 2 diabet xəstələri risk qrupundadır.
Filip Nyusom qeyd edib ki, yalnız spirtin qaraciyərə zərər verdiyi barədə geniş yayılmış inanc yanlışdır. O, kontrolsuz qan şəkəri və həddindən artıq yağlanmanın da eyni nəticəyə səbəb ola biləcəyini vurğulayıb.