Baş Nazir Rama dünən açıqlamasında bildirib: "Fiziki olaraq mövcud olmayan, lakin süni intellekt tərəfindən virtual şəkildə yaradılmış ilk kabinet üzvü olan Diella, Albaniyaya dövlət tenderlərini 100% korrupsiyadan azad etməkdə yardım edəcək".
Tiran şəhərində hakim Sosialist Partiyasının konfransında dördüncü hökumətin kabinetini açıqlayan Rama, “Diella”nın e-Albaniya portalında ənənəvi Albaniya geyimində “dövlət tenderlərinin xidmətçisi” olacağını söyləyib.
Albaniya dilində Günəş mənasını verən “Diella”, yanvar ayından bəri dövlətin e-Albaniya portalı vasitəsilə istifadəçilərə məsləhət xidməti göstərirdi. “Diella”, vətəndaşların xidmətlərin təxminən 95%-inə rəqəmsal şəkildə daxil ola bilmələri üçün yerinə yetirməli olduqları bütün bürokratik prosedurlarda səsli komandalarla yardım edirdi.