Ən çox Qapıqüllə istifadə olundu
Trakya Gömrük və Xarici Ticarət Baş İdarəsinin məlumatına görə, 22 iyun–7 sentyabr dövründə Ədirnədə yerləşən Qapıqüllə, Bazarqüllə, İpsala, Həmzəbəyli və Qırxlarelidəki Dərəköy qapılarından ümumilikdə 4 milyon 893 min 990 sərnişin və 1 milyon 215 min 765 avtomobil keçid edib. Günlük orta göstərici 62 min 743 sərnişin və 15 min 638 avtomobil olub.
Bu rəqəmlərdə ən böyük pay Qapıqülləyə düşüb. Təkcə buradan 2 milyon 500 min 837 sərnişin və 604 min 202 avtomobil keçib. Qapıqüllədən sonra ikinci yeri İpsala (959 min 486 sərnişin), üçüncü yeri Həmzəbəyli (656 min 278 sərnişin) tutub. Dərəköy (445 min 929 sərnişin) və Bazarqüllə (331 min 460 sərnişin) isə sıralamanı tamamlayıb.
Əvvəlki illərdə sərhəd-keçid məntəqələrində qürbətdən gələn türklər saatlarla növbə gözləməli olurdular. Bu yay isə əlavə peronların istifadəyə verilməsi və işçi sayının artırılması sayəsində ən sıx günlərdə belə keçid müddəti 1 saatdan da az olub. Orta gözləmə vaxtı 39 dəqiqə təşkil edib. Müqayisə üçün, əvvəlki illərdə bu göstərici 4–5 saata qədər çatırdı.
Türkiyəyə yay tətilində gələn türkiyəlilər üçün “yurd yolu” həm nostalji, həm də çətinliklərlə dolu bir səyahət sayılırdı. Bu il rekord göstəricilərlə yanaşı, idarəçilikdəki yaxşılaşdırmalar sayəsində keçidlərin daha sürətli olması qürbətçilərin yükünü xeyli yüngülləşdirdi.