Vaxt.Az

Epşteyn işi Mandelsonu sonu oldu


 

İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı

Epşteyn işi Mandelsonu sonu oldu Diplomat ilə məhkum olunmuş cinsi cinayətkar Cefri Epşteyn arasındakı keçmiş mesajların bu həftə yayımlanmasının ardından İngiltərə Baş naziri üzərində hərəkətə keçmə təzyiqi artıb.

İngiltərə Baş naziri Keir Starmer, Cefri Epşteyn ilə dostluğu səbəbindən artan siyasi təzyiq nəticəsində Peter Mandelsonu İngiltərənin ABŞ səfiri vəzifəsindən azad edib.

71 yaşlı Mandelson, bu həftə ABŞ-lı siyasətçilərin, gözdən düşmüş maliyyəçiyə 2003-cü ildə verilmiş 50 yaş gününə həsr olunmuş “doğum günü kitabının” senzuralı bir nüsxəsini yayımlamasından sonra artan təftişlərlə üzləşib.

Kitabın səhifələri arasında İngiltərə diplomatının əl yazısı ilə yazdığı və Epşteyni “ən yaxşı dostu” kimi qeyd etdiyi bir qeydə də rast gəlinib.

Mandelson tərəfindən Epşteynə göndərilən e-maillər daha sonra İngiltərə mediasında yayımlanıb və İşçi Partiyası deputatının, Epşteynin uşaq cinsi cinayət ittihamları ilə həbsindən sonra belə dostunu dəstəklədiyini göstərib.

Mandelson iyun 2008-də göndərdiyi bir e-maildə Epşteyni “əvvəlcədən azad olunması üçün mübarizə aparmağa” çağırıb.

Epşteynə yazdığı məktubda isə belə ifadələr yer alıb: “Sənin haqqında çox düşünürəm və baş verənlər səbəbindən ümidimi itirmiş və qəzəbli hiss edirəm”.

İfşalar müxalifəti Starmerə Mandelsonu vəzifəsindən azad etməyə çağırmağa yönəldib. Muhafizəkar Partiya lideri Kemi Badenoç isə səfirin mövqeyini “müdafiəolunmaz” adlandırıb.

Starmer srağagün günorta saatlarında parlamentdə çıxışında 71 yaşlı Mandelsonın Epşteyn ilə yaxın əlaqəsi səbəbindən “dərin peşmanlığını dəfələrlə ifadə etdiyini” bildirib və İşçi Partiyasının veteranının arxasında durduğunu vurğulayıb.

Lakin İngiltərə Xarici İşlər Nazirliyi cümə günü açıqlama verərək, Starmer-in mövqeyini dəyişdiyini bildirib.

Açıqlamada qeyd olunub: “Peter Mandelson tərəfindən yazılan e-maillərdəki əlavə məlumatlara əsaslanaraq, Baş nazir Xarici İşlər Nazirindən onu səfir vəzifəsindən geri çəkməsini istədi”.

 





12.09.2025    çap et  çap et