Vaxt.Az

Bir çox sualın cavabı da çoxdur ...


 

Yaxud Nobel mükafatı laureatı imtahanı necə verdi?

Bir çox sualın cavabı da çoxdur ... 1964-cü ildə ABŞ-da bir müəllimlər jurnalında Aleksandr Kalandra imzası ilə bir yazı yayımlanır:

Bir fizika müəllimi ilə tələbəsi imtahan sualına verilən cavab barədə razılığa gələ bilmirlər və təcrübəli müəllim Kalandranın vasitəçiliyinə müraciət edirlər.

Sual belədir: “Bir binanın hündürlüyünü bir barometrin köməyi ilə necə ölçərsiniz?”

Tələbə isə cavab olaraq “Barometrə bir ip bağlayıb binanın damından asıram və barometr yerə çatanda ipin uzunluğunu ölçürəm” yazır.

Əlbəttə, müəllimin gözlədiyi cavab bu deyildi, amma binanın hündürlüyünün bu üsulla da ölçülə biləcəyi aydın idi.

Kalandra mübahisəni uzatmamaq üçün tələbədən dərhal başqa bir cavab verməsini xahiş edir.

Tələbə bu dəfə: “Amma bir tək cavab yoxdur, çox metod var” deyir.

Kalandra: “Yaxşı, o zaman düşünə bildiyin qədər cavab ver. Amma mümkün olsa cavabların ən azı birində fizikanı bildiyin anlaşılsın”, – deyir.

Tələbənin ilk cavabı belə olur: “Barometri damdan aşağı buraxırsınız və kronometr ilə yerə düşmə vaxtını ölçüb x=12gt2düsturundan binanın hündürlüyünü hesablaya bilərsiniz.”

Gözlənilən cavab bu deyildi, amma fizika biliklərini sübut edir.

Tələbənin növbəti cavabı: “Günəşli bir gündə barometri dik tutub kölgəsini ölçürsünüz, sonra binanın kölgəsini ölçüb orantı ilə barometrin hündürlüyünü çarpırsınız.”

Bu cavab da düzgündür.

Üçüncü cavabı: “Nərdivanları çıxarkən divara barometrin hündürlüyünü dəfələrlə işarələyirsiniz və işarə sayını barometrin hündürlüyü ilə çarpırsınız.”

Bu da doğrudur, amma dördüncü cavab müəllimlərin ağzını açıq qoyur.

“Kiçik bir ipə bağladığınız barometri əvvəl yerdə, sonra damda sallayır, ipin uzunluğu və sallanma periodları arasındakı fərqlərlə Nyutonun g sabitini hesablayırsınız. İki g sabiti arasındakı fərqdən binanın hündürlüyünü tapmaq üçün nisbəti müəyyən edə bilərsiniz”.

Hər kəs üçün aydın olur ki, tələbə imtahanı verib.

Tələbə təsir yaratmaqla gülümsəyir və deyir: “Amma məncə ən doğru üsul qapıçının yanına gedib barometri hədiyyə edib əvəzində binanın hündürlüyünü soruşmaqdır”.

Hər kəs gülür.

Kalandra heyrətlə tələbəyə soruşur: “Bəs müəlliminin gözlədiyi cavabı bilirsənmi?”

Tələbə alaylı baxışlarla cavab verir: “Bəli, dam və yer arasındakı hava təzyiqini ölçərək fərqdən hesablamağı gözləyirdi.”

Kalandra maraqla sorur: “Bəs istədiyi cavabı bilirdin, niyə yazmadın?”

Tələbə çiyinlərini çəkərək deyir: “Çünki dar düşüncəli yanaşmadan yorulmuşdum.”

Həyatı tək bilinməyən bir tənlik kimi qəbul etmək, boş sözlərlə danışmaq, zamana görə inkişaf etməmək və yalnız qayda-qanunlara əsaslanmaq heç kəsi və heç bir cəmiyyəti irəli aparmaz. Həyatda sualların çoxunun bir neçə cavabı var.

P.S. Həmin tələbə Nobel mükafatı laureatı, danimarkalı fizik Nils Devid Bor idi.

 





12.09.2025    çap et  çap et