NATO-nun Rusiyaya sanksiya tətbiqi məsələsinə toxunan Tramp, “Onlar işlərini görmürlər. NATO bir araya gəlməlidir. Avropa bir araya gəlməlidir”, – deyib. O, Avropa ölkələrinin hələ də Rusiyadan neft almağa davam etdiyini vurğulayıb.
“Avropa ölkələri mənim dostumdur, amma onlar Rusiyadan neft alırlar. Avropanın Rusiyadan neft almasına yalnız bizim qarşı çıxmağımız gözlənilə bilməz. Onların neft almalarını istəmirəm. Tətbiq etdikləri sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiya tətbiq etməyə hazıram, amma onlar da mənim atdığım addımla mütənasib şəkildə sanksiyalarını sərtləşdirməlidirlər”, – deyə Tramp Avropa ölkələrinə müraciətində qeyd edib.
O, Rusiyaya qarşı hərəkətə keçməyə hazır olduğunu bildirərək Avropa ölkələrinin də oxşar siyasət yürütməli olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, Avropa ölkələri hazırda yalnız danışır, lakin əməli addım atmırlar: “Biz Rusiyadan neft almırıq. Onlar isə Rusiyadan çoxlu neft alırlar. Razılaşma bu deyildi”.
Prezident əlavə edib ki, Rusiya ilə Ukrayna bir-birinə dərin nifrət bəslədikləri üçün hələ də “mümkün sülh sazişi” masasına oturmayıblar və bu vəziyyətdən məmnun deyil.