ABŞ Maliyyə naziri Skott Bessent və Çin Baş nazir müavini Hi Lifeng gömrük tarifləri, ixracat nəzarətləri və “TikTok”un gələcəyi mövzularında mümkün razılaşmanı müzakirə etmək üçün İspaniyanın paytaxtı Madriddə bir araya gəlib.
ABŞ və Çin nümayəndə heyətləri Cenevrə, London və Stokholmda keçirilmiş danışıqlardan sonra dördüncü ticarət görüşlərini Madriddə keçirirlər.
ABŞ-dan Maliyyə Naziri Bessent ilə Çindən Baş nazir müavini Hi arasındakı danışıqların sentyabrın 17-nə qədər davam etməsi planlaşdırılır.
İki ölkə arasındakı gömrük tarifləri, ixracat nəzarətləri və “TikTok”un gələcəyi mövzularında görüşlər Madriddə, İspaniya Xarici İşlər Nazirliyinin binasında keçirilib və nümayəndə heyətlərini İspaniya Xarici İşlər Naziri Xose Manuel Albares qarşılayıb.
çap et