Kənd Təsərrüfatı Nazirliyindən mətbuata verilən məlumata görə, aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş «Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları»nın tələblərinə əməl olunmadığı müəyyən edilib.
Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.