Vaxt.Az

«Google»dən növbəti təxribat


 

Bu şirkətlə bağlı Azərbaycan hərəkətə keçəcək?

«Google»dən növbəti təxribat Dünyanın ən böyük axtarış portalı «Google»də Azərbaycanla bağlı növbəti təxribata yol verilib. Belə ki, «Google maps»in xəritəsində Azərbaycanın işğal olunmuş əraziləri erməni adları ilə verilib.


Dağlıq Qarabağ ərazisi isə «dağlıq qarabağ respublikası» və ya «artsax respublikası» adı ilə  göstərilib. Bundan başqa Dağlıq Qarabağın ərazisində yerləşən Xankəndi, Xocavənd rayon mərkəzləri erməni toponimləri ilə təsvir olunub. Cəbrayıl, Füzuli, Ağdərə, Qubadlı, Ağdam, Zəngilan, Kəlbəcər rayonlarının, eləcə də Laçın şəhər mərkəzinin adları da dəyişdirilib. Xankəndi Stepanakert, Fizuli Varanda adı ilə göstərilib.

 





18.06.2014    çap et  çap et