Rusiyanın bu addımından sonra “Brent” fyuçersləri 0,2% bahalaşaraq 69,57 dollara, ABŞ xam nefti (WTI) isə 0,4% artaraq barel başına 65,21 dollara yüksəlib.
Hər iki göstərici həftə ərzində 4%-dən çox dəyər qazanaraq, üç aydan bəri ən böyük artımı qeydə alıb.
“IG” analitiki Toni Sykamor (Tony Sycamore) bildirib ki, “Ukraynanın Rusiyanın neft infrastrukturunu hədəf alan pilotsuz uçuş aparatları ilə hücumlarının davam etməsi, NATO-nun Rusiyaya hava məkanının pozulması ilə bağlı cavab verməyə hazır olduğu barədə xəbərdarlığı və Rusiyanın kritik yanacaq ixracını dayandırmaq addımı artımı dəstəklədi”.
Rusiyanın baş nazirin müavini Aleksandr Novak (Alexander Novak) isə cümə axşamı açıqlamasında bildirib ki, ölkə ilin sonunadək dizel ixracına qismən qadağa tətbiq edəcək və mövcud benzin ixracı qadağasını uzadacaq.