ABŞ prezidenti Donald Tramp (Donald Trump) bəyan edib ki, 1 oktyabrdan etibarən ölkəyə gətirilən “istənilən markalı və ya patentli dərman məhsuluna” 100% gömrük rüsumu tətbiq olunacaq.
Trampın sözlərinə görə, bu tədbir ABŞ ərazisində dərman istehsalı müəssisəsi quran şirkətlərə şamil edilməyəcək. Prezident əlavə edib ki, güzəşt həmçinin tikintisinə başlanmış layihələri də əhatə edəcək – təməli qoyulmuş və ya inşası davam edən zavodlar da siyahıya daxildir.
O, “Truth Social”da paylaşımında yazıb: “Əgər inşaat başlanıbsa, həmin dərman məhsullarına gömrük rüsumu tətbiq olunmayacaq”.
Bu açıqlama Trampın daha əvvəl 1 oktyabrdan qüvvəyə minəcək digər tədbirlərlə – ağır yük maşınlarına 25% və “bütün mətbəx şkafları, hamam şkafları və əlaqəli məhsullara” 50% gömrük rüsumu tətbiqi ilə yanaşı səsləndirilib.
çap et