Loqan cümə axşamı FED-in Riçmond departamentində keçirilən tədbirdəki çıxışında bildirib ki, “FOMC-nin (Açıq Bazar Əməliyyatları Komitəsi) fərqli qısamüddətli faiz dərəcəsi hədəfinə hazırlaşma vaxtı çatıb”. Onun sözlərinə görə, bankların bir vaxtlar bir-birini gecəlik maliyyələşdirdiyi federal fond bazarı son 15 ildə əsasən qısamüddətli maliyyələşmənin başqa forması – repo sazişləri ilə əvəz olunub.
Loqanın açıqlamaları bazar iştirakçılarının uzun müddətdir gözlədiyi, lakin gündəmdən çıxmış bir müzakirəni yenidən alovlandırıb.
“Bank of America”nın ABŞ faiz strategiyası rəhbəri Mark Kabana (Mark Cabana) isə deyib ki, “FED-in siyasət hədəfini federal fondlamadan repoya keçirməsini uzun müddətdir dəstəkləyirik və bu açıqlama düzgün istiqamətdə atılmış addımdır. Niyə Lori? Çünki bu barədə heç kim addım atmırdı. O, prosesi başlatmalı idi. Bu çıxışı ilə bunu effektiv şəkildə bacardı”.