Vaxt.Az

Ukraynanın hücum strategiyası


 

Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq

Ukraynanın hücum strategiyası Rusiyada yanacaqdoldurma məntəqələri bağlanmağa başlayır. "Kommersant" yazır ki, 28 iyul-22 sentyabr 2025 tarixlərində Rusiyada 360 ədəd yanacaqdoldurma məntəqəsi bağlanıb.

Avqust ayından etibarən biz Ukrayna Silahlı Qüvvələrinin (USQ) sistemli şəkildə Rusiya neft emalı zavodlarına zərbələri öz işini. Bu rəsmi Kiyevin Kremlə qarşı artıq strategiyadır və bunu heç kim də gizlətmir. Bir hücumlar yüz minlərlə barel emalı dayandıra bilər. Nəticədə daxili bazarda çatışmazlıq yarana və ixrac məhdudiyyətlərinə, inzibati tənzimləmələrə səbəb ola və təchizat zəncirində real disbalansın yara bilır. Zavodların dayanması regionlarda yanacaq çatışmazlığı yaradır və bəzi şirkətlər məcburən satışdan artıq imtina edir.

Bəs niyə USQ bu günə qədər bu strategiyanı seçməmişdi? Bu strategiyanın uğurlu icraatı sistematikliyi və kütləviliyi nəzərdə tutur, bunun üçün də çox sayda zərbə dronların olması vacibdir və Ukrayna Hərbi Sənaye Kompleksi (HSK) istehsal gücünü lazımlı səviyyəyə çatdıranda sözügedən strategiyanın bilavasitə icraatına başlandı.

Digər məqam. Ukraynada ağır raketlərin istehsalı başlayıb, amma o raketlərdən istifadə olunmur. Hazırda HSK raketlərin istehsalı gücünü artırıb və istehsal olunan raketləri rezervlərə toplanır. Müəyyən məqamda zavodlara dronlarla yox, raketlərlə zərbələr endirilsə təəccüblənməyəcəyik. Əgər dronlarla zərbə xüsusi dəqiqlik tələb edirsə (ki lazımlı avadanlıq sıradan çıxsın), raketlə zərbə daha daha effektlidir. 4-5 raket nəhəng zavodu metal yığınına çevirə biləcək və hər hansının təmiri artıq mümkün olmayacaq.

Digər bir məsələdə odur ki, Rusiya HHM sistemlərini Moskvanın müdafiəsinə cəmləşdridiyindən neft emal zavodlarının (NEZ) qoruya bilmir. Xatırladaq ki, USQ NEZ-lərə qarşı kütləvi zərbə strategiyasını seçməmişdən öncə, Rusiya HHM sistemlərinə qarşı "ov" elan etmişdi.

Bu arada bu gün də Krasnodar vilayətində yerləşən Afipsk NEZ-inə güclü zərbə endirilib.

 





26.09.2025    çap et  çap et