Vaxt.Az

ABŞ-ı silkələyən qalmaqal


 

Milyonçu maliyyəçiyə “işgəncə otağı” ittihamı

ABŞ-ı silkələyən qalmaqal Keçmiş maliyyəçi, vaxtilə “Soros Fund Management” şirkətində də işləmiş Hovard Rubin (Howard Rubin) onlarca qadına, o cümlədən keçmiş “Playboy” modellərinə Nyu-Yorkdakı səskeçirməz “zindan otağında” cinsi və fiziki zorakılıq tətbiq etməkdə ittiham ilə saxlanılıb.

ABŞ federal prokurorlarının “Associated Press”ə açıqladığına görə, Rubin və onun köməkçisi Cennifer Pauers qadınları aldatmaq, cinsi münasibət qarşılığında pulla Nyu-Yorka gətirmək, ardınca isə zorakılıq göstərməkdə günahlandırılır. Onların 2009–2019-cu illər arasında onlarla qadına işgəncə etdiyi, bəzilərini döydüyü, elektroşok tətbiq etdiyi, ciddi psixoloji və fiziki zədə vurduğu iddia olunur.

Rubin ötən gün Konnektikut ştatında, Pauers isə Texasda həbs edilib. Prokurorlar onların zəif durumda olan, maddi sıxıntı yaşayan və ya asılılıqdan əziyyət çəkən qadınları hədəfə aldıqlarını bildiriblər.

Məhkəmə sənədlərinə görə, Rubin “Qərb 57-ci küçə”sində kirayələdiyi çardağın bir hissəsini qırmızıya boyayaraq səssizləşdirib və ora “zindan” adlandırıb. Otaqda qadınların bağlanması üçün xaç formalı qurğu, qandalı çarpayı və elektroşok cihazı aşkar edilib. Pauers həmin otağın təmizliyi və avadanlıqların yenilənməsi ilə məşğul olub.

İttihamda deyilir ki, Rubin və köməkçisi qadınları əsasən sosial şəbəkələr vasitəsilə tapıb, Nyu-Yorka gətirib və müqavilələr imzaladaraq onları “gizlilik öhdəliyi” altına salıblar. Pul ödənişləri isə əsasən “PayPal”, “Venmo” və bank köçürmələri ilə, iz buraxmamaq üçün kiçik məbləğlərlə həyata keçirilib.

Rubin və Pauers 2017-ci ildə də mülki iddia üzrə cinsi istismar ittihamı ilə məhkəməyə çəkilmiş, lakin münsiflər heyəti onları məsuliyyətsiz hesab etmişdi. Yeni cinayət işində günahkar bilinərsə, hər ikisi 15 ilədək həbs cəzası ala bilər.

Rubinin həyat yoldaşı Meri C. Henri 2021-ci ildə barəsində cinsi istismar ittihamları yayıldıqdan sonra boşanma davası açmışdı.

 





27.09.2025    çap et  çap et