Vaxt.Az

ABŞ prezidenti “Microsoft”a təzyiq edir


 

Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir

ABŞ prezidenti “Microsoft”a təzyiq edir ABŞ Prezidenti Donald Tramp “Microsoft”a Demokratik administrasiyalarda yüksək vəzifələrdə çalışmış qlobal əlaqələr rəhbəri Liza Monakonun (Lisa Monaco) işdən çıxarılmasını tələb edib.

Tramp dünən “Truth Social”da paylaşımında, “Məncə, “Microsoft” Liza Monakonu dərhal işdən çıxarmalıdır”, – yazıb. O, Monakonun “Microsoft”da yüksək səviyyəli vəzifədə olmasının “çox həssas məlumatlara çıxış imkanı yaratdığını” və bunun qəbuledilməz olduğunu vurğulayıb. Tramp iddia edib ki, xüsusilə “Microsoft” ilə ABŞ hökuməti arasında böyük müqavilələr nəzərə alındıqda, Monakonun vəzifədə qalması ABŞ-ın milli təhlükəsizliyi üçün risk yaradır.

Prezident əlavə edib ki, ABŞ hökuməti qısa müddət əvvəl Monakonun bütün təhlükəsizlik icazələrini ləğv edib və onun Milli Təhlükəsizlik Agentliyinin kəşfiyyatına və bütün federal mülklərə girişinə qadağa qoyub.

Bu hadisə Trampın 2021-ci ildə Ağ Evdən ayrıldıqdan sonra qarşılaşdığı bir sıra araşdırmalar kontekstində diqqət çəkir. FTB 2022-ci ildə “Mar-a-Lago”dakı evinə gizli sənədləri sui-istifadə etməsi ilə bağlı reyd keçirib; xüsusi prokuror Cek Smit isə Trampı 2020-ci il seçki nəticələrinə təsir etmək üçün sui-qəsd təşkil etməkdə ittiham edib. Hər iki iş məhkəməyə çıxarılmayıb və Smit, Ədliyyə Nazirliyinin vəzifədə olan prezidentləri məhkəməyə cəlb etməmə siyasətinə əsaslanaraq, Trampın 2024-cü il noyabr seçkilərində qalib gəlməsindən sonra işləri dayandırıb.

 





27.09.2025    çap et  çap et