Bu amillər qlobal təklifi artıracağı gözləntilərini gücləndirib.
“Brent” markalı xam neft 31 iyuldan bəri ən yüksək səviyyədən bağlandıqdan sonra bazar ertəsi 0,90% azalaraq 69,50 dollara düşüb. ABŞ xam nefti (WTI) isə 65,07 dollardan alınıb-satılıb.
İraq Neft Nazirliyinin məlumatına görə, 2,5 illik fasilədən sonra sentyabrın 27-də İraq-Türkiyə boru kəməri ilə Ceyhan limanına xam neft axını bərpa olunub.
Mərkəzi hökumətlə bölgədə fəaliyyət göstərən xarici şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, gündəlik 180-190 min barel neft Türkiyəyə göndəriləcək.