Vaxt.Az

Şübhəli PUA-lar Avropanı bürüyür


 

Norveçdə hava limanı bağlandı, uçuşların istiqaməti dəyişdirildi

Şübhəli PUA-lar Avropanı bürüyür Norveçdə pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən bəzi aviareyslərin marşrutu dəyişdirilib. Yerli medianın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.

“Norveç Yayım Korporasiyası” “Norwegian” aviaşirkətinə istinadla bildirib ki, Oslodan Troms bölgəsindəki Bardufoss Hava Limanına uçan təyyarə şübhəli PUA-ların qeydə alınması səbəbindən geri dönməli olub. Hava limanı müvəqqəti olaraq bağlanıb.

Daha erkən saatlarda isə ölkənin cənubundakı Nordland vilayətinin Brönnöysund Hava Limanı yaxınlığında da PUA-ların göründüyü açıqlanıb. “Avinor” şirkətinə istinad edən məlumatlara görə, həmin insident zamanı bir uçuş başqa marşruta yönləndirilib. PUA-ların mənşəyi hələlik məlum deyil.

Oxşar hadisələr qonşu Danimarkada da qeydə alınıb. Son günlər hava limanlarının yaxınlığında bir neçə PUA aşkar edildiyindən səlahiyyətlilər uçuş qadağası tətbiq ediblər.

Danimarka Nəqliyyat Nazirliyi bildirib ki, ölkədə bütün mülki PUA uçuşları bu gündən etibarən qadağan olunur. Qadağa, həftə sonu Kopenhagendə keçiriləcək Avropa Birliyi sammiti ilə bağlı olaraq, gələn cüməyə qədər qüvvədə qalacaq.

 





29.09.2025    çap et  çap et