Rusiyanın “TASS” agentliyinə açıqlama verən Peskov xatırladıb ki, Putin avqust ayında Alyaskanın Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson bazasında keçirilən sammit zamanı Tramı Moskvaya dəvət etmişdi: “Putin Tramp ilə görüşməyə hazırdır və bundan şad olacaq. Hər şey Trampın qərarına bağlıdır”.
Peskov həmçinin Rusiyanın Böyük Britaniya və Fransanın nüvə arsenalının da nəzərə alınması barədə çağırışına toxunub. O, mövzunun aktual olduğunu vurğulayıb və ilk növbədə Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (“New START”) üzrə danışıqların bərpa edilməsinin vacibliyini qeyd edib.
Peskov əlavə edib ki, gələcək mərhələlərdə Avropa təhlükəsizliyi və strateji sabitliyin tərkib hissəsi olan nüvə arsenalı məsələsinin də müzakirəyə çıxarılması önəm daşıyır.
Xatırladaq ki, Putin və Tramp avqust ayında Alyaskada keçirilən sammitdə görüşmüş, həmin görüşdə Putin Trampa növbəti sammitin Moskvada təşkilini təklif etmişdi. Tramp isə bu variantın mümkün ola biləcəyini bildirmişdi.