Vaxt.Az

OPEC+ hasilatı artımağa hazırlaşır


 

Tramp neft ölkələri təşkilatına təzyiq edir

OPEC+ hasilatı artımağa hazırlaşır OPEC+ gələn bazar günü keçiriləcək iclasında gündəlik ən azı 137 min barellik əlavə hasilat artımını təsdiqləyəcək.

Birlik aprel ayından etibarən hasilatın azaldılması strategiyasını dəyişib. Bu addım həm bazar payını genişləndirmək, həm də ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin aşağı salınması ilə bağlı təzyiqlərinə cavab olaraq atılıb. İndiyədək OPEC+ gündəlik hasilat kvotalarını 2,5 milyon bareldən çox artırıb ki, bu da qlobal tələbatın təxminən 2,4%-nə bərabərdir.

Məlumata görə, OPEC+ ölkələrinin səkkizi noyabr ayı üzrə hasilat həcmlərinə qərar vermək üçün oktyabrın 5-də toplanacaq.

Qeyd edək ki, neft qiymətləri ilin əvvəlində barel başına 80 dollardan yuxarı səviyyədən geriləsə də, apreldə OPEC-in hasilatı artırmağa başlamasından sonra əsasən 60–70 dollar intervalında dəyişib.

 





29.09.2025    çap et  çap et