Vaxt.Az

Rouminq qiymətləri azalır


 

Mobil ödəmələr avropadaxili ölkələrdə 2 dəfə endiriləcək

Rouminq qiymətləri azalır İyulun birindən etibarən Avropa daxilində mobil telefondan istifadə zamanı ödənilən rouminq tarifləri 50 faizədək endiriləcək. Lakin operatorlar daha ucuz qiymət təklif etməkdə sərbəstdirlər.


Mobil internetdən istifadə tarifi meqabayta görə 40 sentdən 20 sentə, edilən zənglərin bir dəqiqəsi 24 sentdən 19 sentə, qəbul edilən zənglərin bir dəqiqəsi 7 sentdən 1 sentə, SMS qiyməti isə 8 sentdən 6 sentə enəcək. 

Qeyd edək ki, bu təşəbbüs Avropa ittifaqı tərəfindən irəli sürülmüş və sanksiyalaşdırılmışdır.

 





18.06.2014    çap et  çap et